Quranı necə əzbərləyim və digər suallar

    02.10.2016
Kimdən: 
muslim
Sual: 
Esselamu aleykum.qeza namazlarini gunun hansi hissesinde qilmaq olar?umumiyyetle namaz qilmaq ucun qadaga edilen zaman varmi?esr namazindan sonra basqa namaz qilmaq olar? Dini saytlar ve dini kitablar meslehet gorerdiz? Hansi heyvanlari oldurmek olar?agcaqanadi (ditdilini )oldurmeye gore gunah yazilir? Qurani nece ezberliyim ? Ve oxuya bilmeyim ucun meslehet verin.
Cavab: 

və aleykum salam.

  1. Namazın qəzasını günün istənilən vaxtında, imkan olan kimi qılmaq lazımdır. Nafilə namazlar haqqında isə oxuyun: Namaz qılmağın icazəli olmayan vaxtlar vardır? 
  2. Saytımızın İslam bölməsindəki məqalələrdən başlaya bilərsiniz. Ümumən tövhid mövzusunda kitablar oxumaq, şirkin və bidətin nə olduğunu öyrənərək onlardan çəkinmək lazımdır.
  3. Zərərverici bütün heyvanları öldürməyə görə günah yazılmır.
  4. Quranı əzbərləmədən öncə onu ərəbcə oxumağı öyrənmək lazımdır. Əzbərləmə qaydaları isə müxtəlifdir. Məsələn, əvvəlcə kiçik surələrdən başlayaraq, hər bir ayəni dəfələrlə təkrar oxumaq, daha sonra isə onu əzbərləməyə çalışmaq lazımdır. Əzbərlədiyiniz surələri namazlarda oxumaq lazımdır ki, yaddan çıxmasın. Quran oxumağı buradan öyrənə bilərsiniz: Quran və təcvid ehkamları
Teqlər: 
Paylaş: