Hazırlığa getdiyimə görə namazları birləşdirib qıla bilərəmmi?

    28.10.2017
Kimdən: 
ALLAHIN GÜNAHKAR BƏNDƏSİ
Sual: 
Salam eleykum.Mən İnşəallah sentyabrın 1dən universitet hazırlıqlarına başlayacam Əvvəl məktəbdən gələndə vaxtım olurdu deyə namazlarımı vaxtında qılırdım yay tətilidi deyə indi də hər namazı vaxtında qılıram Əlhəmdüllah Lakin hazırlığa gedecəyim müddətdə çatdıra bilməyəcəyimdən qorxuram hazırlığım 1 3 5 günlər olacaq olarmı ki mən 1 3 5 günlər namazlarımı birləşdirib qılım 2 4 6 və bazar hərəsini öz vaxtında sizin saytda oxumuşam icazə olar lakin istisna hallarda mənim vəziyyətim namazlarımı birləşdirib qılmağıma imkan yaradır ya yox? Namazları birləşdirib qılanda sizin saytda oxudum ki iki namazı birləsdiririksə iki namazdan birinin vaxtında qılına bilər bəs qəza namazı nə zaman baş verir
Cavab: 
Və aleykum Salam. Mümkün qədər aradakı fasilə vaxtlarından istifadə edərək namazları vaxtında qılmağa çalışın, ayaq üstə qılmaq mümkün olmadıqda oturaraq da namazı qıla bilərsiniz. Bu mümkün olmasa, namazları birləşdirə bilərsiniz. Qəza namazı isə namaza yatıb qalanda, unudanda və ya digər üzrlü səbəbdən namazı buraxanda baş verir. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: