Zikrin sözlərini və onun qaydasını bilmək istəyirəm

    11.10.2020
Sual: 
Salam men zikrin sözlerin ve onun qaydasin bilmek isteyirem zehmet olmasa ne demeliye yazardiz
Cavab: 
Aleykum salam. Zikr dedikdə Allahı yad etmək və Onun şəninə təriflər demək nəzərdə tutulur. Zikr ən böyük ibadətlərdən biridir. Uca Allah buyurur: "Məni yad edin (zikr edin) ki, Mən də sizi yad edim!" (əl-Bəqərə, 152). Həmçinin buyurur: "Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır". (əl-Əhzab, 35). Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizə Allahı hansı hallarda və necə zikr etməyi öyrətmişdir. Zikrlər müxtəlifdir. Bəzi zikrlər ümumi olaraq istənilən vaxt deyilə bilər,  bəzi zikrlər isə müəyyən hallarda deyilir. Məsələn: Səhər yuxudan oyanarkən edilən zikr, yemək yeyərkən edilən zikr, evdən çıxarkən edilən zikr, namazdan sonra deyilən zikr və s. Bu zikrləri tədricən öyrənib həyatınızda tətbiq edin və həyatınızı Allahı zikr etməklə bəzəyib əməl dəftərinizi zikrlərlə doldurun. Daha ətraflı:
Zikr nədir?
Allahı zikr etməyin fəziləti
Müsəlmanın qalası dua və zikrlər kitabçası
Teqlər: 
Paylaş: