qidalar

Təkfirçiləri necə tanımaq olar və digər suallar

    07.04.2017
Sual: 
Es Selamun Aleykum qardawlar suallarim var men namazin sozlerini menalarinida bilirem Amma ki namazin oz sozlerini deye deye menalarini duwune bilmirem cox cetinliy cekirem duwunendede namazda bezen cawiram. Tekfirci dediyde kimlerden uzaq durmaliyiq cun ki elede elmimiz goxdur ki biley. Birde sidiyin ardiyca gelen mayeye gore qusul almaq gereydi.
Cavab: 
Və aleykum Salam. 
1. Namazın sözlərinin sözbəsöz tərcüməsini öyrənsəniz, Allahın izni ilə namaz da sizə daha rahat olar.

2-3 günlük quzunun dərisindən hazırlanan paltarları geyinmək olarmı?

    07.04.2017
Sual: 
Salam. Sualım belədir ki, Qoyun (quzu) dərisindən palto və ya papaq hazırlayıb geyinmək olar? (Qoyunun yaş fərqi var? Əsasən yeni doğulmuş 2-3 günlük Qaragül (Karakul) adlı quzuların dərisindən hazırlayırlar həmin papaqları) Sağolun.
Cavab: 

Və aleykum Salam. Bu cür paltarları geyinməyə qadağa yoxdur. Həmçinin oxuyun: Kürk (şuba) geyinmək olarmı? 

Diri bala doğan balıqlar və dişi dovşan haramdırmı?

    24.03.2017
Sual: 
Salam aleykum. Haram etler haqda yazardiniz zehmet olmasa. Bezi adamlar disi dovsan etinin (guya aybasi oldugu ucun), diri bala dogan baliqlarin haram olmasini deyirler, amma menim bildiyime gore ise halaldir. Sizden xahiwim quran ve sehih hedislerden bunun isbatini yazmanizdir. Allah sizden razi olsun.
Cavab: 

Və aleykum Salam. Yalnız suda yaşayan və quruya çıxmayan  bütün heyvanların yeyilməsi halaldır. Quran və səhih hədislərdə dəniz heyvanlarının bəzilərinin haram olması haqqında heç bir göstəriş yoxdur, yəni bütün dəniz qidaları halaldır.

İçində konyak olan şokoladları yemək olarmı?

    11.03.2017
Sual: 
salam Aleykum size bir sualim var terkibinde kanyak olan meselen adeten albalili olan wokoladlarda kanyak olur bunu yemek olarmi?veya tund wokoladlarinda terkibinde spirt var terkib hisesine baxanda yazilirki terkibinde spirtli madde var bunlari yemek haramdirmi cox saolin onceden
Cavab: 

Və aleykum Salam. Konyak və ya spirt şokoladların içində maye halındadırsa, onları yemək qadağandır. Həmçinin oxuyun: Qidalara qatılan qatqı maddələrinin hökmü nədir?

Toyuğun başını kəsmədən, "bismilləh" deyib qoparsan, əti halal sayılırmı?

    16.01.2017
Sual: 
Sual ❓❓❓ Assalamu aleykum. Toyugun bashini bismillah deyib uzursen. Kesmirsen. Bu et sheriete uygun kesilibmi? Halal sayilirmi?
Cavab: 
Və aleykum Salam. Toyuğun başını əl ilə üzmək haramdır və bu əti yemək olmaz. Həmçinin, bu şəkildə kəsim heyvana əziyyət verməkdir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "...heyvanı kəsdikdə yaxşı kəsin.

Pages