Ölən adama bir müddət keçdikdən sonra cənazə namazı qılmaq olar?
Sual:
Salam.Mənim sizə bir neçə sualım var.Mən 1 ay olar ki yuxularimda çox qorxuram.Yuxuda ancaq gözə görünməz nələrsə görürəm.Həmin anda yuxuda əzan deyirəm, ixlas nas fələq sürələrini oxuyuram.Ama ki yenə də də qorxuram.Men yatamamışdan əvvəl salavat ixlas nas fələq ayətül kürsü oxuyuram.Sizcə mən yuxuda qorxmamaq üçün hansı duaları oxumalıyam.
Ölən bir kəs üçün əgər cənazə namazı qılınmazsa sonradan ona cənazə namazının qəzasını qılmaq olarmı?
Namaz qılan qadınlar dırnaq uzada bilərmi?
Sağolun
Cavab:
Və aleykum Salam.
1. Bu cavabı oxuyun: Pis yuxulardan necə qorunmaq olar?
2. Əgər dünyasını dəyişmiş müsəlman hər hansı bir səbəbə görə cənazə namazı qılınmamış dəfn olunubsa, sonradan onun üçün cənazə namazı qılmaq olar. Əbu Hureyra (Allah ondan razı olsun) belə rəvayət edir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) Nəcaşi öldüyü gün insanlara onun öldüyünü xəbər verdi və onlarla birgə ibadətgaha çıxaraq dörd təkbir edib, ona cənazə namazı qıldı". (Muslim, 1580, 2247).
Həmçinin, Səid ibn Museyyibdən (Allah ondan razı olsun) rəvayət olunur ki: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) Mədinədə deyildi. Bu vaxt Səidin anası (Allah onlardan razı olsun) ölmüşdü. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Mədinəyə gəldiyi vaxt ona cənazə namazı qıldırdı. Aradan bir ay keçmişdi…". (ət-Tirmizi: "Cənəiz", 47). Həmçinin oxuyun: İslam fiqhi: Cənazə bölümü
3. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bizə dırnaqları vaxtında tutmağı buyurub və İslama görə müsəlman dırnaqlarını 40-gündən artıq saxlamamalıdır. Daha ətraflı: Dırnaqları uzatmaq günahdırmı?