Ərimlə yaxınlıq etmək istəyim yoxdur, bu günahdırmı?
Sual:
Menden asili olmayaraq yoldasimla yaxinliq isteyim yoxdur cox soyuqam
Bu gunaha yazilirmi?
Bunun bagislanmasi ucun nece dua etmeliyem?
Cavab:
Salam aleykum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Nəfsim əlində Olana and olsun ki, kişi qadını yatağına dəvət etdikdə o, imtina edərsə göydə Olan (Allah) əri ondan razı qalana qədər həmin qadına qəzəblənər". (Səhih Muslim, 3525). Ona görə də bu problemin səbəbini tapmağa çalışın. Əgər xəstəliklə bağlıdırsa, müalicə olunun, yaşla bağlıdırsa, istək olmasa da əriniz yatağa dəvət etdikdə ona tabe olmalısınız. Həmçinin oxuyun: