Namaza təzə başlayan kitaba baxaraq namaz qıla bilər?
Sual:
Salam Aleykum Axşamınız xeyir olsun.1ci sualım:Mən bir neçə gündür ki namaza başlamışam lakin hələ tam dəqiqliklə bilmədiyim üçün bəzi qayda-qanunları,qarşıma kitab qoyaraq qılıram. Bu şəkildə qıldığım namaz qəbul olur mu? 2ci sualım: Yenə də bəzi qaydaları bilmədiyimdən ötrü,məsələn vaxtlarını keçirmiş oluram bilməyərəkdən.Ona görə də namazı gah qılıb gah qılmıram. Bu mənim üçün böyük günah hesab olunur?
Cavab:
Və aleykum Salam.
1. Namaz qılmağı tam öyrənənə qədər kitab və ya kağızdan namazın hərəkətlərinə baxmaqda və sözləri üzündən oxuyaraq deməkdə heç bir günah yoxdur.
Daha ətraflı: Namaz qılmaq qaydası - VİDEO
Daha ətraflı: Namaz qılmaq qaydası - VİDEO
2. Bu məsələdə diqqətli olmağa çalışın, namazları gah qılıb, gah da qılmamaq böyük günahdır. Vaxtını keçirdiyiniz namazı yadınıza düşən kimi qılmağa çalışın. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Kim bir namazı unudar, yaxud yatıb qalarsa onun kəffarəsi yadına düşən kimi namazı qılmaqdır". (Muslim, 684).
Daha ətraflı:
Daha ətraflı: