Qadın və kişi birlikdə namaz qıla bilərlərmi?
Sual:
As Salamu Aleykum. Allah Sizlərdən Razı olsun ki, bizləri maarifləndirirsiz, Allah elminizə bərəkər versin İnşAllah. 1.Bildiyimə görə qadın və kişi bir yerdə namaz qılmamalıdırlar. Bəs həyat yoldaşıdırlarsa necə? 2.Dəstəmaz alarkən sağ ələ 3 dəfə və sol ələ 3 dəfə su vurmalıyıq. Sağ əli krantın altına salıb 1 dəfə və sol əli krantın altına salıb 1 dəfə tam yaş etmək olar ? 3. Səcdədən başı qaldırdıqda 1 dəfə Allahu Əkbər deyilməlidir ya 2 dəfə ?
Cavab:
Va aleykum Salam.
1. Ümumiyyətlə qadınlar istər məhrəm istərsə də naməhrəm kişinin arxasında (naməhrəm kişi və qadın təklikdə qalmadıqları halda) namaz qıla bilərlər. Daha ətraflı:
Qadınlar kişi imamın arxasında camaat namazı qıla bilərlərmi?
Camaat namazı
2. Bu cavabları oxuyun:
Dəstəmaz alarkən əzaları neçə dəfə yumaq lazımdır? Düzgün dəstəmaz necə alınır?
Namaz qılmaq və dəstəmaz almaq qaydası - VİDEO
3. Səcdədən başı qaldırdıqda "Allahu Əkbər" sözünü bir dəfə demək lazımdır. Daha ətraflı yuxarıdakı namaz videosuna baxın.