Nəcaşi haqda - əl-Maidə surəsi 82 - 83 - cü ayələr
“Yəhudiləri və müşrikləri iman gətirənlərə qarşı düşmənçilik edən insanların ən pisi olduğunu görəcəksən. “Biz xaçpərəstik!”– deyənləri isə dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər. Allahın elçisinə nazil ediləni dinlədikləri zaman haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar deyərlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz!”
Rəvayət edilir ki, Abdullah ibn əz-Zubeyr (Allah ondan razı olsun) demişdir: “Bu ayə “Allahın elçisinə nazil ediləni dinlədikləri zaman haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu görərsən...” (əl-Maidə, 83) Nəcaşi və onun tərəfdarları barəsində nazil olmuşdur”.
ən-Nəsai “Sunənul-Kubra” 11083, 11148; İbn Əbu Hatim “Təfsir” 6680; əş-Şəukani “Fəthul-Qadir” 2/347. Şeyx Muqbil hədisin səhih olduğunu bildirmişdir.