Anam sevdiyim oğlanla evlənməyə razı deyilsə, nə etməliyəm?

    21.08.2019
Kimdən: 
Allah bendesi
Sual: 
Men birini sevirem hemde cox oda meni sevir qohumdu ciddi dusunuruk ama anam ve bir coxu razi deil kasib deye men buna gore anamla yaxsi deilem her defe aglayaraq dua edirem birbirimize nesib olag deye Allah duami qebul edermi?hansi duani edim o menim alin yazim olsun deye? xais edirem sizde bizim birbirimizin alinyazisi olmagimiz ucun dua edin indiden Allah razi olsun
Cavab: 
Salam aleykum. Hər şeydən əvvəl bilməlisiniz ki, atdığınız hər bir addım Allahın qoyduğu hüdudlardan kənara çıxmamalıdır. Buna riayət etsəniz, gələcək həyatınızda peşman olmayacaqsınız. Bu həm ailə qurmaq, həm də həyatın digər məsələlərinə aiddir. Çünki Allahın buyurduğu hər bir şeydə xeyir, çəkindirdiyi hər bir şeydə isə zərər var. Ailə qurmaq insanın həyatında ən önəmli hadisələrdən biridir. Ailə qurarkən diqqət ediləsi ən mühüm cəhət odur ki, ailə quracağın insanın dini və əxlaqi xüsusiyyətləri gözəl olsun. Bu məsələdə valideynlərin fikirlərini dinləmək çox önəmlidir. Əgər valideyn etiraz edirsə, demək ki, bunun bir səbəbi var. Həmçinin, Allahdan bir şeyi istəyəndə xeyirlisini istəmək lazımdır. Ola bilsin ki, sevdiyiniz bir şey sizin üçün zərərli olsun. Uca Allah bu xüsusda buyurur: "Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz". (əl-Bəqərə, 216). Həmçinin oxuyun:
Sevib, sevilmək barədə
Nikah
Ailə quracağımız şəxs taleyimizə yazılıbmı?
Qisməti Allah verir, yoxsa insanın öz əlindədir?
Teqlər: 
Paylaş: