Ailə həyatında baş verən sıxntılar Allah tərəfindən cəza ola bilərmi?
Sual:
Salam.Son zamanlar ailemde heyatimda cox problemler var.Geceler ureyim sixilir,narahatliq kecirirem.Evveller namaz qilmisam sonra qila bilmedim.Cox gunahlar etmisem.Dusunurem belke Allah meni cezalandirir.Niye bele olur ?
Cavab:
Va aleykum Salam. Bilin ki, qəlblər yalnız Allaha ibadət edib, çox zikr etməklə rahatlıq tapır. Uca Allah buyurur: "O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar!" (ər-Ra'd, 28). Namazı tərk etmək böyük günahdır, odur ki, tövbə edib namaza yenidən başlayın. İnsanın rahatlıq tapmaması, daim qəlbinin sıxılması imanın zəifliyindən irəli gəlir. Uca Allah buyurur: "Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik". (Ta Ha, 124). Səhih hədisdə bildirilir ki, Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bir çətinliyə düşdükdə dərhal namaza tələsərdi. (Əbu Davud, 1319). Ola bilsin bu sıxıntılarla Uca Allah sizi yenidən Özünə qaytarmaq istəyir. Həmçinin, bu cavabları oxuyun: