Namazı qılıb sonra tərk edənə nə məsləhət görərdiniz?
Sual:
Salam Aleykum Və Rahmatullahi və Bərəkətuh.Mənə Ata tərəfdən əmilərimin arvadları tərəfindən cadu olunduğunu düşünürəm.Uşaqlıqdan mənim eyblərimi və pisliklərimi daimə nəzərə alırdılar,əmilərimin məni istədikləri halda biri dünyasını dəyişdi(açıq deyim yaxşı insan idi amma pis ər idi),digəri isə arvad altı oldu.Məhəmməd peyğəmər (s) bildirdiyi kimi qohumbuq əlaqələrini saxlamaq vacibdir,yalnız olnar nə edirlər?Ailəni dağıdırlar.
Mən bunu fiziki inkişafımın daynmasından və həyatda heç nəyə heç bir həvəsim qalmır,maliyə problemlərimiz var.
Amma mənim dilimdən şükür düşmür,namazı tərk etmişəm,amma heç vaxt Allahın məni tək qoymayacağını bilirəm.O mənə qəyyum olmasın,kim olsun?Bir məsləhət.
Cavab:
Və aleykums-sələm və Rahmətullahi və Bərakətuhu. Heç bir halda namazı tərk etmək olmaz. Namaz qılmamaq və ya namazı tərk etmək böyük günahdır. Uca Allaha ən böyük şükr, Ona ibadət etməkdir. Ən əzəmətli ibadət isə namaz qılmaqdır. Çətin anlarda namaz qılmaqla və səbir etməklə Allaha dönmək lazımdır. Uca Allah buyurur: "Səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Həqiqətən, bu, (Allaha) itaət edənlərdən başqa (hamıya) ağır gəlir". (əl-Bəqərə, 45). Həmçinin bu cavabları oxuyun: