Gecə namazına dura bilmək üçün nə etmək lazımdır?

    02.09.2021
Kimdən: 
Abdullah
Sual: 
Salam Aleykum, 1) evlənmək barədə soruşmaq istəyirdim, heç bir səbəb olmadan evlənmək günahdırmı,bu mənə günah yazılarmı, uşaqlıqda yaşadığım psixoloji travmadan sonra nə kimdənsə xoşu gəlmək,kimisə sevmək və evlənmək kimi şeylər, qəlbimdən çıxıb və həmişə özümdən uzaq tutmuşam və istəmirəm də,necə köməklik edə bilərsiniz,və bunun günah olub olmadığını öyrənmək istəyirdim. 2) Gecə namazlarına dura bilmək üçün nə etmək olar, nəqədər zəng alarm istifadə etsəm də,necə deyim şeytan vəsvəsə verir yenidən yatıram. Allah razı olsun
Cavab: 

Va aleykum salam. 

1) Bu cavabları oxuyun:


2) Gecə namazları vacib deyil. Gecə namazlarına durmağa komək edən amillər əsasən aşağıdakılardır:
  1. Allaha səmimi qəlbdən dua etmək, çünki hər bir xeyir əmələ müvəffəq edən yalnız Allahdır.
  2. Gecə namazının fəzilətini bilmək. İnsan bir əməlin fəzilətini bildikdə ona daha da həris olur.
  3. Yatmazdan əvvəl çox yeməmək. Çox yemək insanı tənbəlləşdirir.
  4. Yatağa girməzdən öncə yatmaq ədəblərini yerinə yetirmək. Gecə dəstəmazlı yatmaq və yatağa girərkən zikrləri demək.
  5. Gündüz vaxtı az da olsa dincəlmək.
  6. İşa namazından sonra hec bir məşğuliyyət olmadığı halda tez yatmaq.
  7. Fərz namazlarını vaxtında qılmaq.
  8. Qiyamət gününu duşunub o gün ucun hazırlıq görmək.
  9. Günahlardan uzaq olmaq. Günahlar insanı saleh əməllərdən məhrum edən ən böyük səbəbdir. Alimlərə gecə namazına qalxa bilməmək haqda şikayət edildikdə, onlar deyərdilər: "Gündüz Allaha asi olma ki, gecə qalxa biləsən. Gecə namazına qalxmaq böyuk şərəfdir və Allah bu şərəfi asi qullarına verməz".
  10. Yuxudan qalxmaq ucun zəngli saat və başqa bu kimi vasitələrdən istifadə etmək.
  11. Allahı çox zikr etmək. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Kim gecə (namaza) qalxmağa çətinlik çəkər, malı xərcləməyə xəsislik edər və ya düşmənlə vuruşmaqdan qorxarsa, Allahı çox zikr etsin". (əl-Bəzzər, 4904).


Həmçinin oxuyun:

Gecə namazı necə qılınır?

Sübh namazına vaxtında durmaq üçün nə etmək lazımdır? 

Teqlər: 
Paylaş: