Valideynlərim namaz qılmağa qoymur, namazları uzanaraq qıla bilərəmmi?
Sual:
Salam aleykum. Valdeyinlerim namaz qılmağima qarşidirlar. 2 ildir qılıram namaz lakin artıq qoymurlar çox dava oldu evden çıxdım babam gile getdm . Vahabi namazı qılırlar dediler. 2 aydır uzanli namaz qiliram. Hamıdan gizli qiliram. Qorxuram imanimin zeiflemesinden küfrə şirke duşmekden. Namazı uzanli ne vaxta qeder qilacam bilmirəm. Bilmek isdirem ki namazlarım batildirmi.? Namazlarim qebul olmaz deyə qorxuram. Dualar edirem ki valdeyinlerim təkrar izin versinler namaz qilmaqima sizde duanizi esirgemeyin. Allah razı olsun
Cavab:
Va aleykum Salam. Namaz Allahın əmri olduğu üçün namaza qadağa qoymaq Onun əmrinə qarşı çıxmaq sayılır. Bu isə böyük günahdır. Namaz qılmaq Allahın haqqı olduğu üçün bu məsələdə Allahdan qeyrisinə itaət etmək olmaz. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur: "Xaliqə (Allaha) asi olmaqda məxluqa (insanlara) itaət edilməz". (İmam Əhməd, 1095). Əgər heç bir halda ayaq üstə namaz qıla bilmirsinizsə, bu halda oturaraq qılın, rüku və səcdəni başınızı əyməklə yerinə yetirin. Həmçinin oxuyun: Valideynlərim namaz qılmağa qoymur, nə edim?