Onlayn kəbin kəsdirmək olarmı?

    24.02.2022
Kimdən: 
Aslanova
Sual: 
Salam. Biz yoldasimla 7ildi evliyik ama dusunurem kufre dusmusuk kebinimiz pozulub hemde biz qacaraq evlenmisdik kebinde ne biz nede ailemden heckim olmamisdi qaynatam eletdirmisdi.cahillikden cox sehv etdik. İndi yeniden isdiyirem yoldasimla kebin edek atam yoxdu veli kimi qardasim razidi onsuz sadece kebinde yene istirak etmelidiler? 2şahit mutlekdi? Biz mescide gede bilmirik kebin kesenle zengle elaqe saxlayib kebin kesdire bilerik yemiden? Yoxsa veli şahitler kebin kesen hammiz bir yerde olmaliyiq? Yada qardasim kebin sozleri ile bize kebin oxuya biler?
Cavab: 

Va aleykum Salam. İslam dinində qızın sevdiyi oğlanla qaçması, atasının və ailəsinin izni olmadan evlənməsi haramdır və bu halda kəsilən nikah doğru sayılmır. Buna görə həm oğlan, həm də qız tövbə etməlidirlər. Odur ki, siz yenidən kəbin kəsdirməlisiniz. Əgər qızın atası vəfat edibsə, qardaşı ona vəli durmalıdır. Kəbin kəsilərkən qızın vəisi, oğlan və iki kişi şahidin içtirakı mütləqdir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir...". (İbn Məcəh, 1524). Həmçinin demişdir: "Himayədar (vəli) və iki ədalətli şahid olmadan bağlanan nikah batildir". (İbn Hibban, 1247). Əgər oğlan, vəli və iki şahid müəyyən səbəblərdən bir məclisdə iştirak edə bilmirlərsə, bu halda telefon və ya internet vasitəsilə biri-biri ilə canlı bağlantı yaradıb (onlayn) kəbin kəsə bilərlər. 

Teqlər: 
Paylaş: