Səhv səcdəsini tərk edənin namazı səhihdirmi?
Sual:
salam aleyku namazda yanilma olsa sehv secdesi etmesem namaz sehihdirmi?
Cavab:
Va aleykum Salam. Namazda səhv edən insana səhv səcdəsini etmək vacibdir.
- Əgər insan səhv səcdəsinin vacib olduğunu bildiyi halda namaz əsnasında səhv səcdəsini bilərəkdən tərk etməyə niyyət edərsə və onu tərk edərsə, namazı batil sayılır.
- Namazı qılıb qurtardıqdan sonra bilərəkdən səhv səcdəsini tərk edən isə ona vacib olan bir əməli tərk etdiyinə görə günah qazansa da, namazı səhih sayılır.
- Əgər namaz əsnasında səhv səcdəsini yerinə yetirməyi niyyət edib, sonra onu etməyi unudan şəxsin namazı doğrudur və buna görə günah qazanmır.
Həmçinin, oxuyun: Səhv səcdəsi necə yerinə yetirilir?