İçki içən şəxsin duaları qəbul olunurmu?

    07.07.2022
Sual: 
Eger bir şexs içki aludeçisidirse,bütün gün içir üstəlik eyni vaxtda Allah sözü dilindən düşmür,başqalarından dua isteyir ozu de icki ice-ice dua edir bu qebuldur?? Çox böyük arzuları hedefi problemleri var,amma ickili halda bu dualar ne derecede qebul olar? bir de ickini sufreye aparib getiren de gunaha batir yoxsa onu buna mecbur eden icki icenin ozu??
Cavab: 
Əssələmu aleykum. Duaları qəbul edən Allahdır və konkret bir şəxsin duasının qəbul olunub-olunmayacağını demək olmaz. Bununla belə, içki içməyin duaların qəbul olunmasına mane olması haqqında bir çox dəlillər var. Həmin şəxsə bu dəlilləri gözəl əxlaqla və səbrlə çatdırmaq, həmçinin günahdan çəkinməyin yollarını bildirmək lazımdır.

 

Sərxoşedici içki içmək böyük günahlardandır və Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bildirmişdir ki, Uca Allah içki içənin qırx gün namazını qəbul etmir, yəni qıldığı namazlara görə savab yazmır. Bununla belə, həmin şəxs namazlara davam etməlidir. Bu bardə ətraflı oxuyun: "İçki içənin 40 gün ibadəti qəbul olmaz" hədisi səhihdirmi?

Alimlər bildirmişlər ki, içki içənin namazla bərabər digər ibadətləri də qırx gün qəbul olmur, dua da ən əzəmətli ibadətlərdəndir.
 
Həmçinin, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Uzun bir səfərə çıxmış bir kişi saçları dağınıq, paltarı tozlu halda əllərini səmaya uzadaraq: "Ey Rəbbim! Ey Rəbbim" deyər, lakin yediyi haram, içdiyi haram, geydiyi haram, haramla bəslənən olsa, beləsinin duası necə qəbul olunsun?" (Muslim, 1686). Daha ətraflı:  Dualarım qəbul olmur, nə edim? 
 
Məclisə içki gətirən və onu təqdim edən də içənlə birlikdə günah qazanır. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Allah içkini sıxana, sıxdırana, içənə, daşıyana, daşıdana, təqdim edənə, satana, pulunu yeyənə, satın alana və aldırana lənət etmişdir". (ət-Tirmizi "Sehr", 59; Əbu Davud "Əşribə", 2). Odur ki, bu əməldən çəkinmək lazımdır. Əgər içkini təqdim etməkdən imtina edildiyi təqdirdə daha böyük bir fitnə-fəsad (bədən xəsarəti və ya daha şiddətli hadisələr) baş verə bilərsə, bu halda iki şər əməldən daha yüngülünü seçmək baxımından içkini təqdim etmək zərurət sayılır. Həmçinin oxuyun: Ərimin içki içməsinə dözə bilmirəm, nə edim?
Paylaş: