Qəza namazlarının əvəzinə nəzir vermək olarmı?

    07.07.2022
Kimdən: 
Yusif
Sual: 
Salam.Qəza namazini qila bilmeyenler nezir vere bilermi namazlara eveze??kimese yardim ede bileremmi?
Cavab: 

Va aleykum Salam.

Əgər qəza namazları dedikdə əvvəlki illərdə qılmadığınız namazları nəzərdə tutursunuzsa bu namazlar qəza edilmir. Ətraflı oxuyun: Keçmiş illərin qəza namazlarını qılmaq və digər suallar

Ümumiyyətlə üzrlü səbəb (unutqanlıq və ya yatıb qalmaq kimi) olmadan buraxılan namazlar böyük günah olduğu üçün qəza edilmir, buna görə tövbə etmək və namazlara ciddi yanaşmaq lazımdır. Daha ətraflı:


Əgər namaz unutqanlıq və ya yatıb qalmaq kimi üzrlü səbəbdən qəza edilibsə, bu namazı dərhal xatırlayan kimi və ya oyanan kimi qılmaq lazımdır və bu namazın əvəzinə sədəqə və ya nəzir keçərli deyil. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Kim namaza yatıb qalarsa və ya (namaz qılmağı) unudarsa, yadına düşən kimi qılsın! Bunun kəffarəsi yalnız budur". (Səhih Muslim, 1103). 

Teqlər: 
Paylaş: