Peyğəmbərin ﷺ palçığa səcdə etməsi möhürlə namaz qılmağa sübutdurmu?

    07.07.2022
Kimdən: 
Huseyn
Sual: 
Salam Aleykum exi.exi sehih buxari 2018de yazilib ki qedr gecesinde damnan su axirdi ve Peygember secdeden qalxanda alnı palçiq idi,buda ki ancaq alnini torpaqa qoydugu ucun ola biler.bidene mene bawa salda bu hadiseni cunki bezi wiyler bu hedisi mohurun delili kimi getirirler.Allah razi olsun
Cavab: 

Va aleykum Salam. Qeyd etdiyiniz hədisin mətni belədir: Rəvayət edilir ki, Əbu Səid (Allah ondan razı olsun) demişdir: "Biz Peyğəmbərlə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) birlikdə rama­zan ayı­nın orta on gününü (məsciddə etikaf etdik). İyirminci günün səhəri o, (min­bərə) qalxıb xütbə verdi və dedi: "Qədr gecəsinin nə zaman olacağı mənə gös­tə­rildi, sonra isə bu mənə unutduruldu. Siz onu son on günün tək gecə­lərində axtarın. Mən yuxuda su və palçıq üzərinə səcdə etdiyimi gördüm. Kim Allahın Elçisi ilə etikaf etmişdirsə, (etikafını davam etməyə) qayıtsın". Beləlik­lə, biz eti­ka­fımızı davam etdik. (Həmin gecə) göydə bir dənə də olsun bulud yox idi. Bir­dən başımızın üstünü bulud­lar aldı və elə (gur) yağış yağdı ki, hətta məs­ci­din xurma budaqlarından düzəldilmiş tavanı belə dammağa başladı. Sonra na­maz üçün iqamə verildi. Mən Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) su və palçıq üzərinə səcdə et­di­yi­ni, hətta alnındakı palçığın izini də gördüm.  (əl-Buxari, 2016)

Bu hədis möhürlə namaz qılmağa dəlalət etmir. Sadəcə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dövründə məscidin yeri döşənməmişdi və səhabələr torpaq üzərinə səcdə edirdilər. Lakin Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) heç də həmişə torpaq üzərinə səcdə etməmişdir. Bəzən həsir üzərində, bəzən isə canamaz üzərində namaz qılmışdır. Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, nənəsi Muleykə Peyğəmbəri (ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun üçün hazırladığı yeməyə dəvət etmişdi. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yeməyi yedikdən son­ra dedi: "Durun, sizə namaz qıldırım.” Ənəs demişdir: "Mən, çox istifadə olunduğundan qaralmış həsirimizə ya­xın­laşıb üstünə bir az su səpdim. Sonra Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun üstündə (na­maza) durdu. Mən yetim (Dumeyra) ilə birgə onun arxasında durdum, nənəm də bizim arxamız­da durdu. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə iki rükət namaz qıldırdıqdan sonra çıxıb getdi". (əl-Buxari, 380).

Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) həyat yoldaşı Meymunə rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənim yanımda namaz qılardı. Bəzən səcdə edərkən paltarı mənə dəyərdi. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) canamaz üzərində namaz qılardı. (əl-Buxari, 379. Muslim, 513). Həmçinin oxuyun:

Möhürlə namaz qılmaq olarmı?
Məgər Səhih Müslimdə keçən hədis, namazı möhürlə qılmağa dəlil deyil?
Fəth surəsinin 29-cu ayəsi namazı möhürlə qılmağa dəlildirmi?

Teqlər: 
Paylaş: