Quranda namaz qılmaq qaydası yoxdursa, namazı haradan öyrənmək olar?

    07.07.2022
Sual: 
qurani kərimdə məhəmməd s.a.v. ın necə namaz qıldığı haqda heç bir məlumat verilməyib.Siz bunu haradan bildiniz
Cavab: 

Əssələmu aleykum. Namazın qılınma qaydası və digər ibadətlər ətraflı şəkildə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədislərində bildirilmişdir. Uca Allah Quranda bir çox ibadətləri ümumi şəkildə, təfsilatları bildirmədən əmr etmişdir, daha ətraflı məlumat isə hədislərdə bildirilib. Uca Allah bizə dinə aid hər bir işdə Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) tabe olmağı, onu özümüzə nümunə götürməyi əmr edərək buyurur: "Allahın Rəsulu sizlərə – Allaha və Axirət gününə ümi­dini bağ­layanlara və Allahı çox zikr edənlərə gözəl nümu­nə­dir" (əl-Əhzab, 21).  Həmçinin buyurur: "Allahın rəsulu si­zə nəyi əmr edirsə, onu yerinə yetirin, nə­yi də qada­ğan edirsə, ondan çə­kinin. Allah­dan qor­xun. Həqi­qətən, Allah şid­­dətli cəza ve­rəndir" (əl-Həşr, 7). 

Uca Allah ibadəti məhz bu iki şərtlə qəbul edir: 1. İbadəti ixlaslı olaraq, xalis Allah üçün yerinə yetirmək; 2. İbadəti Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurduğu şəkildə yerinə yetirməkdir. Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: