Sübh namazına oyanmamaq Allahın məni sevmədiyi mənasını bildirirmi?

    07.07.2022
Kimdən: 
Umud
Sual: 
Salamun aleykum.Men namaz qılıram.Ama son zamanlar namaz sonrası dua edende ve ya birden hansısa günahıma göre ağladığımda içimdeki ses deyir ki,semimiyetsizsen.Özümede semimi gelmir ve pis oluram,deyirem Allah da semimi qebul etmez birden..Birde sübh namazlarını herden heqiqıten yatıb qalıram,qıla bilmirem.Halbuki yatsı namazında dua edirem Allahım sübh namazına oyanım deye.Eger yatb qalıramsa,oyanmıramsa demek Allah meni istemir hüzuruna?isteseydi oyanardım ne olur olsun
Cavab: 

Va aleykum Salam.

1) Dua edərkən qəlbinizə gələn fikirlər şeytanın vəsvəsəsidir. Belə vəsvəsələrə fikir verməyin, dua etməkdə davam edin. Ətraflı oxuyun:

Şeytandan necə qorunmaq olar? 
Şeytanı və onun vəsvəsələrini uzaqlaşdıran dua
Müsəlmanın qalası (gündəlik dualar və zikrlər) kitabçası


2) Sübh namazına oyanmamağı Allahın sizi sevməməsinin əlaməti kimi dəyərləndirmək düzgün deyil. Sübh namazına oyanmaq üçün dua etməklə bərabər düzgün səbəblərdən də tutunmaq lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Kim namaza yatıb qalarsa və ya (namaz qılmağı) unudarsa, yadına düşən kimi qılsın! Bunun kəffarəsi yalnız budur". (Səhih Muslim, 1103). Bu barədə ətraflı oxuyun:

Teqlər: 
Paylaş: