Namaz əsnasında uşaq möhürü götürərsə namaz qılana günah yazılırmı?

    28.04.2022
Sual: 
Namaz qılarken uşaqların möhürü götürmesi ,manieçilik töretmesi günahdırmı?
Cavab: 

Əssələmu aleykum. Əvvəla bunu qeyd edək ki, möhürlə namaz qılmaq düzgün deyil. Bu barədə ətraflı oxuyun:

Namazı möhürlə qılmaq olarmı?

Peyğəmbərimiz və əhli beyti möhürlə namaz qılmayıbmı?

Əgər uşaq çox kiçikdirsə onu qucağınızda tutub namaz qıla bilərsiz. Əgər uşaq böyükdürsə və sizə mane olursa buna görə sizə günah yazılmır. İmkan daxilində namaz qılmağa mane olan səbəblərdən uzaq yerdə namaz qılın. Əgər bu mümkün deyilsə buna görə sizə günah yazılmır. Uca Allah buyurur: "...Allahdan bacardığınız qədər qorxun...". (ət Təğabun, 16). 

Teqlər: 
Paylaş: