Spirtli içki içən şəxs hansı müddətdən sonra namaz qıla bilər?

    29.04.2022
Kimdən: 
Shsj
Sual: 
Salam Aleykum Menim dostum var spirtli içki içib, İndi O neçe vaxtdan sonra namaz qılmalıdır. Yeni men bildiyme göre Bir müddet zaman keçmelidir zamanaın bilirsinizse deyerdiz zehmet olmasa
Cavab: 

Va aleykum Salam. İçki içən şəxs dərhal tövbə etməli və namazlarına davam etməlidir. Lakin əgər içki içən şəxs nə dediyini anlamayacaq dərəcədə sərxoş olarsa, sərxoşluğu keçənə qədər gözləməlidir. Çünki Uca Allah sərxoş halda namaza yaxınlşamağı qadağan edərək buyurur: "Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər, eləcə də cunub olduğunuz halda, – yolüstü keçən istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın" (ən-Nisa, 43). Həmçinin oxuyun:

"İçki içənin 40 gün ibadəti qəbul olmaz" hədisi səhihdirmi?

İçki içməyə 4 dəfə tövbə edib hər dəfə tövbəsini pozanın bir daha tövbəsi qəbul olarmı?

Paylaş: