Dördrükətli camaat namazının 2-ci rükətinə qoşulan səhv səcdəsi etməlidirmi?
Sual:
Salam aleykum. 4 rukətli camaat namazına 2-ci rukətdə çatsam, camaat 3-cü rukətdə olanda, mənim üçün 2-ci rükətdi, amma təşəhhüd oxumag olmur, əksinə, mən 1 və 3-cü rükətdə təşəhhüddə oturmalı oluram. Axırda səhf səcdəsi lazımdırmı?
Cavab:
Va aleykum Salam. Dördrükətli camaat namazının 2-ci rükətinə çatan imama tabe olub üç rükəti icamaatla qılır, imam salam verdikdən sonra qalxıb 4-cü rükəti tamamlayır, sonda təşəhhüd deyib salam verir, səhv səcdəsinə isə ehtiyac yoxdur. Həmçinin oxuyun: