Öldükdə cənazə namazı qılınmamış şəxsə sonradan cənazə namazı qılmaq olarmı?
Va aleykum Salam. Müsəlman insan vəfat etdikdə ona cənazə namazı qılmaq "Fardu-Kifayə"dir, yəni əgər bir qrup insan ona cənazə namazı qılmışsa, digər müsəlmanlara vacib olmur. Lakin əgər bir müsəlmana heç bir maneə olmadığı halda cənazı qılınmazsa bu halda cənazəni dəfn edənlər və orada iştirak edənlər günah qazanmış olurlar və buna görə tövbə etməlidirlər. Üstündən uzun müddət keçmiş olsa belə gedib onun qəbrinə cənazə namazı qıla bilərsiniz. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, məscidi süpürən bir zənci kişi (və ya zənci qadın) öldü. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) onun barəsində soruşduqda (əshabələr): "O öldü"– deyə cavab verdilər. O: "Nə üçün mənə bildirməmisiniz? Mənə onun qəbrini göstərin!"– dedikdən sonra onun qəbrinin yanına gəldi və ona cənazə namazı qıldı. (əl-Buxari, 458). Ətraflı oxuyun: Ölən adama bir müddət keçdikdən sonra cənazə namazı qılmaq olar?