Axşamdan ağzı açıq qabda qalan yeməyi yemək olarmı?

    19.07.2022
Kimdən: 
Aysel
Sual: 
Salam aleykum. Axşamdan qalan qapağı açıq yeməyi yemək olar?
Cavab: 

Va aleykum Salam. Axşamdan qalan qapağı açıq yeməyi yemək icazəlidir. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) bizə axşam yatarkən açıq qabları örtməyi tövsiyə edərək demişdir: “Qapıları kilidləyin, su tuluqları­nın ağzını bağlayın, qabların ağzı­nı bağlayın, qab-qacağın üstünü örtün və çıraqları sön­dürün. Çünki şey­tan kilidli qapını, bağlı tuluğu və ağzı bağlı qabı aça bil­məz. Bir də ki, siçan insanların evlərini yandıra bilər” (əl-Ədəbul-Mufrad, 1221). Lakin bu hədis axşamdan açıq qalmış qabdan yeməyin qadağan olunması anlamına gəlmir. Amma bir çox bişirilmiş yeməklər ağzı açıq qabda və soyuducudan kənarda qaldıqda korlanaraq insana zərər verə bilər.

Teqlər: 
Paylaş: