Ərində homoseksuallıq olan qadın ondan boşanma tələb edə bilərmi?

    29.04.2022
Kimdən: 
Qadın
Sual: 
Salam. Ərində homoseksuallıq olan qadın ərindən boşanma tələb edə bilərmi?
Cavab: 

Va aleykum Salam. Homoseksuallıq böyük günahlardan biridir. Bu günah barədə ətraflı oxuyun:

Əgər kişi bu günahından tövbə etmişsə, qadın ondan boşanma tələb edə bilməz. Əgər bu kişi günaha meyil edirsə, lakin açıq-aşkar bildirmirsə, bu halda qadın öz vəlisinə və ya ərinin yaxınlarına müraciət edib kişini tövbə etməyə və bu günahdan əl çəkməyə çağırmalıdırlar. Əgər kişi bu günahı açıq-aşkar edirsə bu halda qadın ondan boşanma tələb edə bilər. 
Paylaş: