Qadın qorxduğu halda ərinin onu evdə tək qoyub futbola getməsi doğrudurmu?

    04.05.2022
Kimdən: 
Lalə
Sual: 
Salam aleykum. Kişinin işadan sonra futbola getməsi nə dərəcədə düzgündür? Zövcəsi evdə tək qorxursa, zövcəsinin haqqına girmiş olurmu?
Cavab: 

Va aleykum Salam. Sözsüz ki, kişi tək qaldıqda qorxduğunu bildiyi halda, zövcəsini evdə tək qoyması ilə onun haqqına girmiş sayılır. Əgər qadın evdə tək qaldıqda qorxursa, bu halda əri onu tək qoymamalıdır və futbol üçün başqa bir münasib vaxt seçməlidir və ya zövcəsinin evdə tək qalmaması üçün başqa bir tədbir (qohum və ya yaxın qadınlardan birini evə gətirməklə və ya zövcəsini valideynlərinin yanına aparmaqla) görməlidir. Həmçinin oxuyun: Kişinin qadını incitməsi onun haqqına girmək sayılırmı?

Teqlər: 
Paylaş: