Namaz əsnasında qibləyə üz tutmaq barədə şübhə gələrsə, namazdan çıxmaq lazımdırmı?
Sual:
Salam aleküm. Evdə namaz qılanda qiblə haqda namazın içində çübhəyə düşdükdə, namazı dayandırıb qibləni düz tapmaq lazımdır, yoxsa namaza davam etmək lazımdır?
Cavab:
Va aleykum Salam. Qibləyə tərəf çevrilmək namazın doğru sayılması şərtlərindən biridir. Şərtlərə isə namaza başlamamışdan əvvəl əməl etmək lazımdır. Odur ki, namaza başlamamışdan əvvəl qibləni müəyyən etməyə çalışın. Əgər namazdan əvvəl qibləni müəyyən etməyə çalşsanız, lakin sonradan namaz əsnasında şübhə gəldisə, bu şübhə şeytandandır və ona fikir verməyin. Namazınız isə doğru sayılır. Həmçinin oxuyun: