Bilərəkdən dəstəmazsız namaz qılmağın kəffarəsi nədir?
Sual:
es-Selamu aleykum. Bir adamın camaat namazında dəstəmazı pozulur, amma utandığından namazadan çıxmırsa, bu böyük günahdır? Kəffarəsi varmi?
Cavab:
Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, dəstəmazsız qılınan namaz batildir və bu namazı yenidən qılmalıdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun!" (əl-Maidə, 6). Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Sizdən birinizin dəstəmazı pozulduqda dəstəmaz almayınca Allah onun (dəstəmazsız qıldığı) namazını qəbul etməz". (əl-Buxari, 6954; Muslim, 536). Bilərəkdən bunu edən isə böyük günah etmişdir və buna görə tövbə etməlidir. Dəstəmazsız namaz qılmağın kəffarəsi yoxdur. Həmçinin oxuyun: Namazın şərtləri hansılardır?