Namazı vaxtı girən kimi tək qılmaq daha yaxşıdır, yoxsa camaatla qılmaq üçün gecikdirmək?
Sual:
Salam aleykum. İş yerində namazın vaxtının əvvəlində tək qılmağım yaxşıdır, yoxsa namazın vaxtının axırında camatla qılmaq?
Cavab:
Va aleykum Salam. Namazı camaatla qılmaq məqsədilə vaxtı çıxmadan gecikdirmək daha fəzilətlidir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Camaat namazı tək qılınan namazdan iyirmi yeddi dərəcə üstündür" (Buxari: 2/ 131/ № 647. Müslim: 1/ 450/ № 650)