Camaat namazında imamı qabaqlamağın haram olması barədə

    18.07.2022
Sual: 
Es selamu aleykum .Menim 15 yasim var qardasimla birlikde namaz qiliriq men imam oluram ama herden qardasim meni qabaqlayir Nece defe demisem namazda imamdan qabaga kecmek olmaz amma yene arada kecir ve bunu deyenden sonra dediki bir yerde qilmayaq namazi Men ne ede bilerem???
Cavab: 

Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki namazları camaatla qılmağın böyük savabı var. Odur ki vacib namazları camaat şəklində qılmağa çalışın. Ən azı iki nəfərin qıldığı namaz camaat namazı sayılır. Ətraflı oxuyun: Camaat namazı


Camaat namazında imama tabe olmaq vacib, onu qabaqlamaq isə haramdır. Ənəs (Allah ondan razı olsun) Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "İmam, tabe olunmaq üçün təyin edilmişdir. O təkbir etsə siz də təkbir edin. O səcdə etsə siz də səcdə edin. O duranda siz də durun...". (Səhih əl-Buxari, 689). Eyni zamanda Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) camaat namazında imamı qabaqlamağı qadağan edərək demişdir: "Başını imamdan öncə qaldırdan şəxs qorxmurmu ki, Allah onun başını eşşək başına, yaxud surətini eşşək surətinə çevirər". (Səhih əl-Buxari, 691). 
Odur ki qardaşınıza imamı qabaqlamğın haram olduğunu bildirib onu bu əməldən çəkindirməyə çalışın və namazlarınızı camaatla qılmağa davam edin. Yaşınızın az olması səbəbilə bu kimi məsələlərdə sərtlik etməyin, hər dəfə gözəl şəkildə əxlaqla, xətrinə dəymədən qardaşınıza bunu izah etməyə çalışın. Həmçinin oxuyun: Camaat namazı necə qılınır? 
Teqlər: 
Paylaş: