Qızın vəlisinin razılığı olduğu halda özü iştirak etmədən kəsilən kəbin doğru sayılırmı?

    03.08.2022
Sual: 
Salam, bezi insanlar var ki qız ve oğlanın iştirakı olmadan başqası onların adına kebin keçirib kebin kağızını getirir sadece bu cür kebin doğrudur mu?Ve qız oğlan iki şahid iştirak etse qızının atasının xeberi razılığı olsa lakin iştirak etmese bu kebin qızın atası kebinde iştirak etmediyi üçün sehv sayılır ? Önceden teşekkür edirem Allah sizden razı olsun İnşaAllah
Cavab: 

Va aleykum Salam. Kəbin kəsilərkən qızın vəlisinin (atası, qardaşı və s.), oğlanın və iki (kişi) şahidin iştirak etməsi şərtdir. Qızın vəlisi və oğlan özləri iştirak etmədən öz yerlərinə başqalarını vəkil qismində təyin edə bilərlər. Əgər bu qeyd olunanlardan biri iştirak etmədən kəbin kəsilərsə bu kəbin etibarsız sayılar. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Vəli və iki ədalətli şahid olmadan bağlanan nikah düzgün deyildir". (İbn Hibban, 1247). Ətraflı oxuyun:

Nikah bağlamağın qaydaları
Kəbinin şərtləri hansılardır?

Teqlər: 
Paylaş: