Bir il ərzində qıldığı namazlarda bilmədən birinci təşəhhüdü deməyən kəsin qıldığı namazlar qəbul olunurmu?

    22.07.2022
Sual: 
Salamu Aleykum . Mən bir ildən çoxdurki namaz qılıram amma bu yaxınlarda öyrəndimki 2-ci Rükətin son səcdəsindən sonra Əttəhiyyatu duasını oxumurdum . Sizcə indiyə qədər qıldıqım namazlar hamsı batil olubmu?
Cavab: 

Va aleykum Salam. Uca Allah bu ümmətə səhvən və unudularaq edilən günahları bağışlayır. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5). Həmçinin Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurub: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (əl-Buxari "Hudud" 22; "Talaq", II; Əbu Davud "Hudud" 17). Odur ki əvvəl bilmədən səhv qıldığınız namazları yenidən qılmağa ehtiyac yoxdur və bu namazlar qəbul olunur. Ətraflı oxuyun: Əvvəllər səhv qılınan namazlar yenidən qılınmalıdırmı?

Teqlər: 
Paylaş: