Namaza başlayandan sonra Allaha olan sevginin azalması nədəndir?
Sual:
Namaza başlamışam hiss ediremki ALLAHa olan sevgim azalıb özümü narahat hiss edirem amma namazdan önce bele deyildi.
Cavab:
Əssələmu aleykum. Allaha olan sevginin azalması imanın zəifləməsindən irəli gəlir. Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir ki: "Həqiqətən, hər birinizin qəlbindəki iman paltar köhnəldiyi kimi köhnəlir. Elə isə Allahdan qəlbinizdə olan imanı təzələməyi diləyin!" (əl-Hakim, 5). İmanı artırmaq üçün səbəblər barədə ətraflı oxuyun: İmanı artırmaq üçün nə etməliyik?