Qadın Cənnətdə ərindən başqa sevdiyi insana qovuşa bilərmi?
Sual:
Salam. Menim sevdiyim insan ölüb. Yaşarken pis insan olmayıb Allahi sevib, Namaz qılan olub. Amma bir sehvi varidiki nişanlı oladugu halda mene umid vermisdi. Menimde onda konlum var idi. Ama bilirdim alınan deyil. Sonra o oldu. Men artiq 6 ildi onu unuda bilmjrem. Ozumde Namaz qiliram ve o dunyada qovusmagimiza umid edirem. İkimiz de cennet ehli olsaq o dunyada evlene bilerik? Yoxsa o ordada nisanli oldugu qızla evlenecek? Bunu da deyim ki men evliyem. Yoldasimi isteyirem amma Allah xatir. Ona xeyanet etmirəm esla. Yoldasimin her dediyini edirem. Amma ureyimde olan buduki imtahan dünyasını duzgun basa catdirib o dunyada onunla evlenmek. ALLAH icaze verse. Bu mumkundu?
Cavab:
Va aleykum Salam. Peyğəmbərimizin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədislərindən görünən budur ki, qadın Cənnətdə dünyada ikən evli olduğu əri ilə birlikdə olacaq. Bu dünyada ərini sevmiş olmasa da Cənnətdə Uca Allah qadının qəlbində ərinə qarşı sevgi yaradacaq və ərindən başqa heç kəsi sevməyəcək. Ətraflı bu cavablardan oxuyun:
Dünyada ər-arvad olanlar Cənnətdə də ər-arvad olacaqlar?
Qadın bir neçə kişi ilə ərdə olubsa, Cənnətdə hansı ilə birlikdə olacaq?
Həmçinin oxuyun: