Pirlərə istehza etmək günahdırmı?

    13.04.2023
Sual: 
Salam Aleykum Bizim kendde bir pir var ve 3 neferle gedib o pirde asılan parçaları ağacdan çıxartdıq sorada bir balaca zarafatlaşdıq bu günahmıdır?
Cavab: 

Va aleykum Salam. Pirlər, ocaqlar və digər ziyarətgahlar insanlar tərəfindən uydurulan, Uca Allahdan qeyrisi üçün ibadət edilən yerləridir. Bu yerlərin dinimizdə heç bir əsli yoxdur. Belə yerlərdə Allaha şərik qoşulur və dinimizə müxalif olan bir çox əməllər edilir. Bu barədə ətraflı oxuyun:


Pirlər batil yerlər olduğu üçün orada olan hər hansı bir şeylə zarafatlaşmaq günah deyil. Lakin cahil insanlar bu yerləri müqəddəs saydıqları üçün insanlar içində belə zarafatları etmək dəvətə mane ola bilər. Həmçinin insanların da sizin dininizə istehza etməsinə səbəb ola bilər. Uca Allah bu xüsusda buyurur: "Müşriklərin Allahdan baş­qa tapındıqlarını söy­mə­yin. Yox­sa onlar da elmsiz ola­raq, düş­məncəsinə Allahı sö­yərlər" (əl-Ənam, 108). 
İbn Kəsir bu ayənin təfsirində belə buyurur: "Uca Allah bu ayədə həm Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) həm də möminlərə müşriklərin ilahlarını söyməyi qadağan edir. Əslində, bunda fayda var, lakin bu əməl daha böyük bir fəsadın meydana gəlməsinə səbəb olur ki, bu da müşriklərin buna qarşılıq olaraq möminlərin İlahını söymələridir. Möminlərin İlahı isə Özündən başqa haqq məbud olmayan Allahdır. Necə ki İbn Abbas (Allah ondan razı olsun) bu ayənin təfsirində demişdir: "Müşriklər: "Ey Muhəmməd, ya bizim ilahlarımızı söyməyə son qoyacaqsan, ya da biz sənin Rəbbini ələ salacağıq!”– dedilər. Bundan sonra Uca Allah bu ayəni nazil etməklə, möminlərə müşriklərin bütlərini söyməyi qadağan etdi. “Yox­sa onlar da elmsiz ola­raq, düş­məncəsinə Allahı sö­yərlər”. (İbn Əbu Hatim, 7760).
Teqlər: 
Paylaş: