Valideynlərin icazəsi olmadan kəbin kəsdirmək və onların seçdiyi oğlanla evlənməyə etiraz etmək haqqında
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Kəbin kəsdirərkən həm valideynlərin, həm də qızın öz razılığının olması vacibdir. Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir: "Vəli və iki şahid olmadan nikah yoxdur". (İbn Hibban və əl-Beyhəqi). Başqa bir hədisdə isə: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir" - deyə buyurmuşdur. Həmçinin, əgər qadın razı deyilsə, onu məcbur etmək qadağandır. Əgər o, qadını məcburi olaraq ərə verərsə, qadının həmin nikahı ləğv etməyə hüququ vardır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dul qadının əmri, bakirə qadının isə icazəsi olmadan onlar üçün nikah bağlanmaz. Orada olanlar dedilər: Ey Allahın Elçisi, bakirə qadının icazəsi necə olur? Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Onun susması icazəsi deməkdir".
Valideynlər kəbin məsələsində razı olmadıqda səbirlə, gözəl əxlaqla və Uca Allaha çoxlu dua etməklə onları razı salmağa çalışmaq lazımdır.