Şükür səcdəsi necə yerinə yetirilir?

    27.08.2014
Kimdən: 
NURAY
Sual: 
SUKUR SECDESINI NECE EDIRLER
Cavab: 

Salam aleykum. Şükür səcdəsi haqqında rəvayət edilir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) onu se­vindirən yaxud sevindirici bir hadisə baş ve­rəndə xeyirxah və uca Allaha şükür əlaməti olaraq səcdə edərdi. (ən-Nəsai istisna olmaqla "Sünən" əsərlərinin müəllifləri rəvayət etmişlər. Bax: "Səhih İbn Macəh", 1/233 və "İrvaul-Ğəlil", 2/226). Şükür səcdəsi namazdan kənar istənilən vaxtda yerinə yetirilə bilən bir səcdədir. İnsana şad xəbər verildikdə, yaxud sevindirici bir hadisə ilə rastlaşdıqda Allaha şükür əlaməti olaraq səcdə etməsi müstəhəbdir. Şükür səcdəsində bu sözləri deyə bilər: "Subhanə Rabbiyəl-A'lə, Subhanə Rabbiyəl-A'lə (Uca olan Rəbbim nə qədər Pak və Müqəddəsir)". Şükür səcdəsi, namaz qılarkən və ya Quran oxuyarkən səcdə ayəsində edilən adi səcdə kimidir. Həmçinin, səcdədə Allaha həmd-səna oxuyur, Rəbbinə dua edir və ona verilən nemətə bərəkət verməsini istəyir, dünya və axirətində ona fayda verəcək nemətləri ona əta etməsini diləyir. Sə'd ibn Əbi Vaqqas (Allah ondan razı olsun) nəql edir ki, Allah Rəsulu ilə birlikdə Mədinəyə qayıtmaq üçün Məkkədən yola çıxmışdıq. Azvarə adlı yerin yaxınlığına çatanda Pey­ğəmbərimiz (salləllahu aleyhi və səlləm) miniyindən düşdü. Sonra əllərini qaldırıb bir müddət dua etdi. Ardınca səcdə etdi və uzun müddət başını səc­dədən qaldırmadı. Sonra ayağa qalxdı, təkrar əllərini qaldırıb bir müddət yenə dua etdi və səcdə etdi. Bunu üç dəfə təkrarladı. Sonra bizə buyurdu: "Rəbbimə dua edib ümmətim üçün şəfaət dilədim; O da ümmətimin üçdə birini mənə bağışladı. Buna görə də Rəbbimə şükür səcdəsi etdim. Sonra başımı səcdədən qaldırıb təkrar Rəb­bim­dən ümmətimin bağışlamasını istədim. O, ümmətimin üçdə birini də bağışladı. Mən də Rəbbimin bu lütfünə müqabil şükür səcdəsi etdim. Yenə sonuncu dəfə başımı qaldırıb Rəbbimdən ümmətimə əfv dilədim. O da mənim üçün qalan son üçdə biri də bağışladı. Mən də belə bir müjdəyə görə şükür səcdəsi etdim". (Əbu Davud, "Cihad" 152).

Şükür səcdəsini edərkən dəstəmazlı olmaq şərt deyil. Şükür səcdəsi şad xəbər gəldikdə və ya eşitdikdə dərhal edilir. Şükür səcdəsi edilərkən "Allahu Əkbər" deyilir və namazda yuxarıda qeyd etdiyimiz kimi səcdə vaxtı "Subhanə Rabbiyəl-A'lə, Subhanə Rabbiyəl-A'lə" sözləri deyilir və Allahın verdiyi böyük nemətə görə Allaha həmd-səna oxunur. Şükür səcdəsində xüsusi bir zikr və ya dua yoxdur.

Teqlər: 
Paylaş: