Özünə ölüm arzulamaq günahdırmı?
Sual:
salam xais edirem sualima cavab yazin insan ozucun olum arzulasa gunahdimi?
Cavab:
Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bunu qadağan edərək demişdir: "Sizdən heç kəs başına gələn müsibətə görə ölüm arzulamasın. Əgər ölümü mütləq arzulamaq istəyərsə, belə desin: Allahım, əgər yaşamaq mənim üçün daha xeyirlidirsə, məni yaşat! Əgər ölüm mənim üçün daha xeyirlidirsə, məni öldür!" (əl-Buxari, 6351; Muslim, 2680). Həmçinin oxuyun:
Dualarım qəbul olmur deyə yaşamaqdan bezmişəm...
İntihar etməyin cəzası