Namaz qılmayanın kəsdiyi əti yemək olarmı?

    07.03.2015
Kimdən: 
Ali
Sual: 
Əs sələmu Aleykum və Rəhmətullahi və Bərəkatuhu necəsiz Namaz qalmayana kafir demek olmaz deyirler Musəlmanın qalası kitabında "Kafir asqirib ƏLHƏMDULİLLƏH desə ona nə deyilir" yazilib kafir dedikdə kimlər nəzərdə tutulur. BİRDƏ NAMAZ QİLMAYANIN KƏSDİYİNİ YEMƏK OLARMİ ? ALLAH razı olsun. Əs sələmu Aleykum və Rəhmətullahi və Bərəkatuhu
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Müsəlman ölkəsində kəsilmiş əti kəsən adamın "bismilləh" deyib-deməməsi, müsəlman olub-olmaması məlum deyilsə, araşdırmadan "bismilləh" deyərək yemək olar. Ölkəmiz də müsəlman ölkəsidir. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, bir qrup insanlar peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gələrək dedilər: "Ya Rəsulallah! Bizə ət yeməyi gətirirlər. Lakin üzərində Allahın adının zikr olunub-olunmadığını bilmirik". Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Bismilləh deyib, sonra yeyin". Onlar İslamı yeni qəbul etmiş kimsələr idi". (əl-Buxari, 2057). Əti kəsən adamın müsəlman, xristian və ya yəhudi olmadığı (məsələn, ateist və ya bütpərəst olduğu) dəqiq məlumdursa və ya heyvanı kəsərkən "bismilləh" demədiyi dəqiq məlumdursa, bu halda həmin əti yemək olmaz. Həmçinin oxuyun: Namaz qılmayana kafir demək olarmı?

Teqlər: 
Paylaş: