Ərimlə böyük mübahisənin qarşısını almaq üçün yalandan and içdim...

    02.05.2015
Kimdən: 
yalvarıram cavab verin
Sual: 
Salam aleykum. Yoldaşım bacımın canına and verdirib məndən cavab istədi. Amma ona düzgün cavab versəm yoldaşımla çox böyük mübahisəm olardı. Ayrılıq həddi belə ola bilərdi. Doğru cavab vermədim. Bu vəziyyətdə bacıma nəsə olar mı? Olarsa olmaması üçün nə edə bilərəm?
Cavab: 

Aleykum salam. Əvvəlcə qeyd edək ki, Allahdan başqasına and içmək böyük günahdır, buna görə tövbə etmək lazımdır. Daha ətraflı: Allahdan başqasına and içmək barədə
Ümumən müsəlman doğru danışmalıdır. Peyğbəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Doğruluqdan əl çəkməyin! Çünki doğruluq (adamı) yaxşı işlər görməyə yönəldir. Yaxşı işlər isə Cənnətə aparır. Həqiqətən, adam o qədər doğru danışır ki, nəhayət Allah yanında doğruçu sayılır. Yalandan çəkinin! Çünki yalan (adamı) günah işlərə yönəldir. Günah işlər isə Cəhənnəmə aparır. Həqiqətən, adam o qədər yalan danışır ki, nəhayət Allah yanında yalançı sayılır". (əl-Buxari: "Ədəbul-Mufrad", 386).
Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) insanların arasını düzəltmək məqsədilə yalan danışmağa icazə vermişdir. Bu həmçinin insanın öz ailəsinə də aiddir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "İnsanların arasını düzəldən, bunun üçün xeyirli söz söyləyən və xeyirli söz çatdıran kimsə yalançı deyil" (Muslim: "əl-Birr vəs-Sılə" kitabı, 27). 
Yalandan and içməyə gəldikdə isə, yuxarıda qeyd edildiyi kimi insanların arasında fitnə düşməsinin qarşısının alınması və məcburiyyət qarşısında içilən andı bəzi alimlər icazəli görmüşlər. Bunu edən insan sonradan Allahdan bağışlanma diləməli və çoxlu xeyirli əməllər etməlidir.

Teqlər: 
Paylaş: