Kişi öz xanımına üç dəfə "səni boşayıram" deyərsə, kəbin batil olurmu?
Sual:
eger kiwi qadina 3 dafa seni bowuyuram deyhrse kebin batil olur?
Cavab:
Salam aleykum. Əgər kişi öz həyat yoldaşına bir ifadə ilə üç dəfə dalbadal talaq (boşanma), yaxud bir məqamda üç dəfə talaq verərsə, bu, bir sayılır. Yəni üç talaqı birdən "səni üç dəfə boşadım" və ya bir məqamda üç dəfə "səni boşadım, səni boşadım, səni boşadım". Abduallah ibn Abbas (radıyallahu anhumə) rəvayət edir ki, peyğəmbərin (sallallahu aleyhi və səlləm) zamanında və Əbu Bəkrin xilafəti dövründə (dalbadal deyilən) üç talaq bir sayılırdı. Həmçinin oxuyun: Kişinin qadına "səni boşayıram" deməsi, daha sonra bunu etməməsi haqqında