Doğulduqdan 9 gün sonra dünyasını dəyişən uşağa əqiq qurbanı kəsilməlidirmi?

    24.06.2015
Sual: 
salam aleykum ALLAH elminize bereket versin bilmek isterdim ovladim dunyaya geldikden sonra 9 gun balnitsada sariliqdan yatib ve dunyasini deyishibse ona gore eqiq kesmeliyemmi.ALLAH razi olsun salam aleykum va rahmatulla.
Cavab: 

Aleykum salam. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir:  "Bir qulun uşağı öldüyü zaman Allah Təala mələklərinə "Qulumun uşağının ruhunu aldınızmı?" deyə buyurar. Mələklər: "Bəli" deyərlər. Allah Təala: "Qulumun könül meyvəsini qopardınızmı?" buyurar. Mələklər: "Bəli", deyərlər. Allah Təala: "Yaxşı, bəs qulum nə dedi?" buyurar. Mələklər: "Sənə həmd etdi və innə lilləhi va innə ileyhi raciun (biz hamımız Allah üçün yaşayırıq və hamımız da Ona qayıdacağıq) deyə şükür etdi", deyərlər. Bundan sonra Allah Təala: "O halda qulum üçün cənnətdə bir ev düzəldin və adını da "həmd evi" qoyun deyə buyurar". (Tirmizi, Kitəbul Cənəiz, səh.36).
Ümumən yeni doğulan uşaq üçün əqiq qurbanı kəsmək vacib deyil. İstəsəniz kəsə bilərsiniz. Oğlan uşağı üçün iki, qız uşağı üçün isə bir baş qoyun kəsilir. Daha ətrfalı:
Dünyasını dəyimiş körpənin ruhunun şad olması üçün nə etmək lazımdır? 
Yeni doğulan körpələrə tətbiq edilən sünnətlər

Teqlər: 
Paylaş: