Valideyni günah edənin namazı qəbul olurmu?

    29.10.2015
Kimdən: 
Revan
Sual: 
Salamun Aleykum ve Rehmetullah ve Bereketuhu. Eger alilede valideynler haram islerle meguldursa ve bele emeller edirlerse hemin ailedeki usaqlar namaz qila bilermi? Onlarin qildigi namaz qebuldurmu? Ve hemin valideynler ovladlarindanda bu islerde istifade edirlerse ovladlar bu halda ne etmelidirler? Xais edirem sualim vacibdi tez cavablandirardiz mumkunse. Evvelceden tesekkur edirem. Allan Razi Olsun.
Cavab: 

Va aleykumus-Sələm va rahmətullahi va bərakətuhu.
1. Valideynlərin etdiyi günahlar sizin namazınızın qəbul olmasına heç bir maneə yaratmır və heç kim başqasının günahına görə cəza çəkmir. Uca Allah buyurur: "Heç bir günahkar başqasının günah yükünü daşımaz". (ən-Nəcm, 38).
"Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz...". (əl-İsra, 15).
Lakin, bütün bunlarla yanaşı övlad çalışmalıdır ki, valideynlərini haramdan çəkindirsin və onları gözəl əxlaqla haqqa dəvət etsin. Uca Allah buyurur: "İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125). Həmçinin oxuyun:
İslama dəvət necə olmalıdır? 
Övladın valideyninə haqqı başa salması icazəlidirmi?

2. Valideynlərə tabe olmaq vacibdir, amma günah işlərdə onlara tabe olmaq olmaz: "Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara güzəştə getmə...". (əl-Ənkəbut, 8). Peyğəmbər (Allahın ona və ailəsinə salavat və salamı olsun) buyurmuşdur: "Xaliqə (Allaha) asilikdə məxluqa (insana) itaət etmək olmaz". (İmam Əhməd və qeyriləri).

Teqlər: 
Paylaş: