Qaynanam cadu ilə yoldaşımla mənim aramı vurmaq istəyir, nə edim?
Sual:
Salam. Menim qayanam din insanı deyil ne de ki, Qurannın bir ayesini bılmır. onlarda Quran kitabı var, tercümelidi. bu gün dedim Ay ana quran oxumaq istırem icaze versen Aparım evde temiz qüsül alım Quranın ayelerını oxuyum. Qayanam mene vermedı nede ki özü oxumur. toz basır mebelin başinda. heç ona fikir de vermır. Deyır o Quran evden çixsa imkanımız pis olacaq. mende deyırem mende erebce var evezıne onu verim yeri boş qalmasın sadece mene tercümesı lazımdı. Arvad dedı vermırem. hem de yanında dini sözlere qulaq adıram, bu da uzanıyıb televızorun sesini qaldırır Açiğ saçiğ geyınenlere baxır. Qayanama nece insan demek olar, onu men evvelden tanıyıram ama bunun bu hereketleri meni dözülmez hala qoyur. Cadu zad edır getırıb bize qoyur, şirinlik duası eletdırır kı oğlumun gözünde şirin olum arvadına soyuğ davransın. Yoldaşim meni heç neden 6 ildı evliyem yersız yere döyüb . onunda qayanam eletdırıb. Hamileliyim pis keçirdı meni oturmağa qoymurdu, ne qeder zülüm işgence verdı indi oğlum 5 yaşi var danışmır. mama papa sözü demır,Bunların hamısı stresden emele geldı. Hamısını qayanam eledi özü de doğma Bibimdir. indi molla yanına gedesıdı opluna şirinlik duası yazdırmağa yalnız arvadı gözüne pis deysın. yoldaşim evveler xeyanet ile üzleşdim indi de hiss edırem o yoldadı. Anası deyır kef elesın, yaşiyırsan yasa yaşamırsan yaxşi yol. Allahdan sebr istırem ne olar mene yol gösterın men ne ede bilerem. Anası eledığı şirinlik duası ona batmasın. cavalandırsanız sevınerem. Allah razı olsun
Cavab:
Və aleykum Salam. Allaha dua edirik ki, sizə kömək olsun, səbr versin və ailənizə mehribanlıq bəxş etsin! Quran oxumaq üçün bu gün o qədər imkanlar var ki! Siz internetdən, elə bizim saytdan, digər vasitələrlə Quran oxuya bilərsiniz. Həmin Quranı götürüb oxumaq qaynananızı qıcıqlandırırsa və arada münasibətlərin daha da pisləşməsinə səbəb olursa, həmin Quranı götürüb oxumaq fikrindən əl çəkin. Möminin əsas silahı onun duasıdır. Allaha bol-bol dua etməklə ediləcək cadulardan qorunmaq, sizə pis münasibət bəsləyənlərin qəlblərinin yumşalmasına nail olmaq olar. Uca Allah buyurur: "Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim...". (Ğafir, 60). Uca Allaha ümid edin və pisliyi yaxşılıqla dəf edin. Çünki, Uca Allah buyurur: "Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar" (Fussilət, 34). Qaynanıza yaxşılıq edin, cavab qaytarmayın və səbr edin. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərin (salləllahu aleyhi və alə əlihi və səlləm) yanına gəlib dedi: "Ey Allahın elçisi! Mənim qohumlarım var. Mən onlarla əlaqələri birləşdirir, onlarsa mənimlə əlaqələri kəsirlər, mən onlara yaxşılıq edir, onlarsa mənə pislik edirlər, mən onlarla mülayim danışır, onlarsa mənimlə kobud rəftar edirlər". O dedi: "Əgər sən deyən kimidirsə, onda elə bil ki, sən onlara isti kül yedizdirirsən. Bu cür rəftarın davam edənədək Allah tərəfindən onlara qarşı sənin yanında (onların əziyyətlərini dəf edən) köməkçi olar". (Muslim, 6689). Həmçinin, oxuyun:
Cadudan necə qorunmaq olar?
Ərimin zina etməməsi və onu itirməməyim üçün dua varmı?
Qaynanamla yola getmirəm, nə edim?
Cadudan necə qorunmaq olar?
Ərimin zina etməməsi və onu itirməməyim üçün dua varmı?
Qaynanamla yola getmirəm, nə edim?