Anam namaz qılmağa qoymur, nə edim?
Sual:
Salam.Ana işleri çatdıra bilmirse, qızına icaze vermirse namaz qılmağa ne etmek olar? VE "namazın qebul olunmur, namazın sene qenim olsun"deyilerse onda namaz batil olur?Sağolun
Cavab:
Və aleykum Salam. Sizə namaz qılmağı qadağan etməyə heç kəsin haqqı çatmır. Bu Allahın haqqıdır. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) demişdir: "Yaradana asilikdə (qarşı çıxmaqda) yaradılmışlara itaət etmək olmaz". (İmam Əhməd, 1095). Siz valideyn haqlarına toxunmadan mehriban şəkildə başa salmağa çalışın ki, namaz Allahın haqqıdır və namaz qılmaq heç kimə zərər deyil. Ananızın bu kimi sözləri deməsinin heç bir qüvvəsi yoxdur, çünki namazı Allah qəbul edir. Həmçinin, oxuyun: