Döymə (tatu) namazı batil edir?

    13.06.2016
Kimdən: 
NaNi
Sual: 
Salam. Men Tatu eletdirmek isteyirem. ama deirlerki gunahdi ve namazi batil elir bu haqda ne deye bilersiz ne derecede duzgundur? ve ya menim atam esgerlik vaxti eletdirib barmaqlarina indi namaza baslamaq istir qebul deil onun namazi? cox xais edirem etrafli melumat verin
Cavab: 
Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Döymə edənlərə və döymə etdirənlərə, tüklərini alanlara və aldıranlara, dişlərini itiləyənlər və gözəllik üçün Allahın yaratdığını dəyişənlərə Allah lənət etsin!" (Muslim, 120).
Keçmişdə günah olduğunu bilmədən döymə etdirən insanın namaza başlamasında heç bir qəbahət yoxdur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043).
Daha ətraflı:
Dəstəmazı və namazı batil edən hallar
Bədənə döymə (tatu) etdirmək olarmı?
 
Teqlər: 
Paylaş: