Müasir dövrdə kimə beyət edib əmrlərinə tabe olmalıyıq?

    19.07.2016
Kimdən: 
Nicat
Sual: 
Salam aleykum. Peygember buyurub; Her kim boynunda beyet olmadan olse cahilliye olumu ile olmusdur. Sehih muslim 3/1478. Sualimiz beledi indi bizim Imamimiz kimdir?
Cavab: 
Və aleykum Salam. Müasir dövrdə yaşadığınız müsəlman dövlətinin rəhbərinə tabe olmalısınız. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır". (ən-Nisə, 59).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kim rəhbərinə itaət etməkdən boyun qaçırarsa, Qiyamət günü özünə haqq qazandıra bilmədiyi halda Allahın hüzuruna çıxar. Kim də rəhbərini qəbul  etmədən ölərsə, cahiliyyə dövründə ölən kimsə kimi ölmüş olar". Digər bir rəvayətdə isə belə deyilir: "Kim müsəlman camaatından ayrılaraq ölərsə, cahil kimi ölmüş olar".  (Muslim, 1851).
Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Üzə­riniz­də hökm­ranlıq edən kəs başı kişmişə  bənzər həbəşi olsa belə, (əmrlərini) eşidib ona itaət edin". (əl-Buxari, 7142).
Paylaş: