ailə

Övladın ölümü valideynin günahına görə ola bilərmi?

    22.10.2023
Sual: 
SALAMALEYKUM.XAİŞ EDİREM ETRAFLI CAVABLANDIRASIZ. BU YAXINLARDA 22 YAŞİNDA OĞLUM AVTOMOBİL QEZASINDA DÜNYASIN DEYİŞDİ.BİLMEK İSTEYİREM OĞLUMUN ÖLÜMÜ BİZİM HANSIMIZINSA CEZASI VE YAXUD ÖZÜNÜN SEHV ADDIMI SEBEB OLA BİLERMİ?YOXSA HER NE OLUR OLSUN O GÜN OĞLUM DÜNYASIN DEYİŞMELİ İDİ.VE YA ÖLÜM FAKTI ÜMUMİYYETLE O GUN OLMAMASI MUMKUN İDİMİ?
Cavab: 

Və aleykum Salam. Uca Allahdan vəfat etmiş övladınıza rəhmət, sizə isə səbir diləyirik! Şübhəsiz insanın başına gələn hər bir şey Uca Allahın qəzavü-qədəri ilə olur.

Atam qurban kəsməyə icazə vermirsə, qurban kəsib ona kəsmədiyimi deyə bilərəmmi?

    17.10.2023
Sual: 
Atam icaze vermir Qurban kesim öz qazancimla Qurban kesib atama deye bilerem kesmemişem
Cavab: 

Əssələmu aleykum. Qurban kəsmək vacib əməl deyil, lakin Uca Allaha yaxınlaşdıran əzəmətli ibadətlərdən biridir. Atanızın öz qazancınızla qurban kəsməyinizə mane olmağa haqqı yoxdur. Dinimiz yalan danışmağı da qadağan etmişdir. Odur ki atanıza yalan danışmayın.

İstəmədən "yox" dediyim oğlanla necə barışa bilərəm?

    10.10.2023
Sual: 
Salamualeykuma dindar bir oğlan elçi düşmüşdü he demek fikrim var idi işlemek istedyimi dedim oğlan yox işlemeyin istemirem baxda qerarini ver dedi o soze gore bir anlıq oğlana yox dedim indi peşmanam çünki niyyetim yox demek deyildi buna gore ne ede bilerem? Şirnisinde qaytarmışam oğlan tam axtardım insan idi istedyim kimi biri idi xeyallarimda canladirdiqim kimi heqiqeten peşmanam geri dönüşü mümkündürmü bunun
Cavab: 

Və aleykum Salam. Əgər etdiyiniz əməldən peşman olmusunuzsa bu barədə valideynlərinizə bildirin, qoy onlar oğlanın ailəsi və özü ilə əlaqə saxlasınlr və oğlanın işləməyəcəyiniz barədə şərtini qəbul etdiyinizi bildirsin. Həmçinin oxuyun:

Bacımın və ya qardaşımın haram məclisinə getməsəm valideynlərim məni qınayır, nə etməliyəm?

    03.10.2023
Sual: 
Salam aleykum.Menim ne atam ne anam qohumlarim demek olarki bir qismi namaz qilmir.bacimin ve qardaşimin toyuna getmesem eger valideynlerim menden inciyir .çünki orda içki musiqi namehrem insanlar olacaq bir qismide qohumlarim amma men musiqi olan yere getmek istemirem . İçki dedikde düzü içki olan yerdede oturmuram . Men toya gelmerem dedikde anam mene sen mene xecalet verirsen ne bilim bele sözler deyir.

Namaz qılan qadın içki içən kişiyə ərə gedə bilərmi?

    30.09.2023
Sual: 
Salam Axşamınız xeyir. Menim size bir neçe sualım olacaq. ● Kebin evlenmemişden qabaq nişanlı olduqda kesdirmek olarmı? ● Nişanlı qızla oğlan kebinsiz ne etmek olmaz. Meselen kebin kesirdikden sonra el ele tuta bilerlermi? ● Bir namaz qılan qadın içgi içen bir oğlanla aile heyatı qura bilermi? ● Eger Bir qadın namaz qılırsa ve yoldaşı içgilidirse onun namaz qıldığı otağa gire bilermi bu günahdırmı?. İndiden çox teşekkür ederim size.
Cavab: 

Və aleykum Salam. 

1) Bu cavabı oxuyun:

Nişanda "dualama" mərasimi keçirmək icazəlidirmi?

    25.09.2023
Sual: 
Salam Aleykum. Bağışlayın Narahatçılığa gör bilmek isteyirem ki,İslamda Nişanlanmağ deyilen birşey varmı,varsada vacibdirmi adeten Nişanda Dualama ediller ,dualama deyerken üzüyü götürüb dua oxuyurlar bu ne qeder doğrudur zehmet olmasa ətraflı cavablandırardınız cavablandırdığınız üçün teşekkürler edirem.
Cavab: 

Və aleykum Salam. Nişanlanmaq elimizin adətidir və bu adəti İslam dininə zidd əməllər (içki vermək, musiqi və s.) etməmək şərti ilə keçirmək icazəlidir. Dinimiz şəriətə zidd olmayan adətlərin və mərasimlərin keçirilməsini qadağan etmir.

Ərim mənimlə maraqlanmadığı üçün boşanmaq istəyirəm, lakin ərim boşamır nə edə bilərəm?

    25.09.2023
Sual: 
SalamAleykum.yoldasimla 1ildir munasibetmiz yoxdur meni atam evine qoyub 4 aydir 2 defe gelib maraqlanmir hetda zeng bele etmir bosanmaq ucun muraciet etdim amma kebni pozmur men bunun ucun ne ede bilerem
Cavab: 

Və aleykum Salam. Bu cavabları oxuyun:

Pages